- Offside
- 13:25 24.11.2024
“Əl-Nəsr” – “Əl-Fateh” matçından əvvəl U13 komandasının futbolçuları çempionluğu qeyd etmək üçün A komandasının futbolçuları ilə mərasimə gediblər. Ronaldonun oğlu tuneldən çıxışda ön sırada olarkən, A komandası ilə əl sıxışan anda növbədən kənarda qalıb.
90deqiqe.az xəbər verir ki, dostları futbolçularla əl sıxışarkən Ronaldo öz oğlunu növbənin kənarında görüb əsəbiləşib. Portuqaliyalı ulduz kiçik Ronaldoya qışqıraraq “Bura gəl” işarəsi ilə çıxış edib. Bununla belə, gənc futbolçu irəliləməyə davam etdi. Hadisələr anbaan kameralara düşərkən sosial mediada böyük marağa səbəb olub.