8 sentyabr 2024. Bazar günü

Musanın komandası İsveç kubokuna qələbə ilə başladı


  • Offside
  • 09:02 20.02.2024
  • Oxunma sayı: 113
Musanın komandası İsveç kubokuna qələbə ilə başladı

Azərbaycanlı futbolçu Musa Qurbanlı İsveç kubokunun qrup mərhələsində ilk oyununu keçirib.

90deqiqe.az xəbər verir ki, onun çıxış etdiyi “Yurqorden” öz meydanında “Şkovde”yə qalib gəlib.

Oyun Musanın komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ehtiyatda qalan Qurbanlı meydana 72-ci dəqiqədə daxil olub.

“Yurqorden” növbəti matçda “Yunayted Nordik”lə səfərdə üz-üzə gələcək. Oyun fevralın 25-də baş tutacaq. Qrupun son görüşündə Qurbanlının komandası martın 3-də “Göteborq”un qonağı olacaq.

Qeyd edək ki, kubokun reqlamentinə görə, qrupda yer alan 4 komanda öz arasında 1 dəfə qarşılaşacaq. Yalnız qrup qalibləri növbəti mərhələyə yüksələcək.







Offside

ÇL: "Birbaşa Bakı" 1/4 finalda
  • Offside
  • 16:45 07.09.2024
ÇL: "Birbaşa Bakı" 1/4 finalda