25 noyabr 2024. Bazar ertəsi

Dünya çempionu vəfat etdi


  • Offside
  • 13:04 20.02.2024
  • Oxunma sayı: 144
Dünya çempionu vəfat etdi

Almaniyanın sabiq futbolçusu Andreas Brehme 64 yaşında dünyasını dəyişib.

90deqiqe.Az xəbər verir ki, Brehme bazar ertəsindən çərşənbə axşamına keçən gecə Münhendə ürək tutması nəticəsində vəfat edib. O, xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Brehme Almaniya millisinə 1990-cı ildə Argentina ilə dünya çempionatının finalında (1:0) qələbə qolunu vurmuşdu.

Brehme karyerası ərzində “Bavariya”, “Kayzerslautern”, “İnter”, “Saraqoza” kimi klublarda çıxış edib. Alman futbolçu “Kayzerslautern”lə ən çox oyun keçirib – 319. Bu oyunlarda Brehme 53 qol vurub, 19 məhsuldar ötürmə edib.

Brehme Almaniya millisində 1984-cü il fevralın 15-də debüt etdi. Almaniya millisinin heyətində 86 oyun keçirib, 8 qol vurub.







Offside