17 aprel 2024. Çərşənbə

Regional Gənclər və İdman idarələrinin rəisləri ilə görüş keçirilib


  • Offside
  • 11:55 21.02.2024
  • Oxunma sayı: 60
Regional Gənclər və İdman idarələrinin rəisləri ilə görüş keçirilib

Fevralın 20-də gənclər və idman nazirinin müavini Mariana Vasileva nazirliyin regional gənclər və idman idarələrinin rəisləri ilə görüş keçirib.

90deqiqe.Az xəbər verir ki, görüşdə ötən ilin sentyabr-dekabr aylarında və cari ilin yanvar ayında keçirilən tədbirlərin hesabatı dinlənilib. Tədbirdə "İdman həftəsi" çərçivəsində keçiriləcək tədbirlər haqqında məlumat verilib. Həmçinin "Üzməyi öyrənək" layihəsi və digər məsələlər müzakirə olunub.

Regional idarələrin rəhbərlərini dinləyən nazir müavini Mariana Vasileva regionlarda idman yarışları və tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib.

Tədbirdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak edib.







Offside