25 noyabr 2024. Bazar ertəsi

AMADA və ASAPES-in təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi-praktik konfransın açılışı olub

Fevralın 21-də Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının və Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) birgə təşkilatçılığı ilə “Olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib.


  • Offside
  • 14:27 21.02.2024
  • Oxunma sayı: 106
AMADA və ASAPES-in təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi-praktik konfransın açılışı olub

Fevralın 21-də Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının və Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) birgə təşkilatçılığı ilə “Olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, açılışı mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca  gənclər və idman naziri Fərid Qayıbov, ADBTİA-nın rektoru Fuad Hacıyev, AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə və AMADA Məsləhətçi Komissiyasının sədri, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev çıxış ediblər.

Konfransda təmiz idmanın təkmilləşdirilməsi, müxtəlif yanaşmalar, Ümumdünya Antidopinq Agentliyinin (WADA) təlimatları çərçivəsində idmançıların tənəffüs sistemi sağlamlığının idarə edilməsi, bağırsaq sağlamlığı və idman performansı mövzusunda müzakirələr aparılıb.

Qeyd edək ki, fevralın 23-də konfrans işini Qubada davam etdirəcək.







Offside