27 iyul 2024. Şənbə

“F-CHAİN” CUP turnirinə az müddət qaldı - FOTOLAR


  • Offside
  • 16:44 21.02.2024
  • Oxunma sayı: 412
“F-CHAİN” CUP turnirinə az müddət qaldı  - FOTOLAR

“F-CHAİN” CUP turnirinə az müddət qaldı.

90deqiqe.az xəbər verir ki 2nd “F-CHAİN” CUP turniri “ProSport Gimnastika” klubunun təşkilatçılığı ilə martın 16-17-si tarixlərində baş tutacaq. “Olimpik Star” idman kompleksində təşkil olunacaq turnir “ProSport”un baş sponsoru olan Financial Chain Corporationa həsr edilmiş II yarış kimi tarixə düşəcək.

Qeyd edək ki, turnirin ilki 2022-ci ilin sentyabr ayına təsadüf edib. Həmin dövrdən fərqli olaraq bu dəfə birinciliyə 4 yaşdan yuxarı olan uşaqlar qoşulacaqlar.

Xatırladaq ki, təsisçiləri beynəlxalq dərəcəli hakimlər və məşqçi Leyla Hüseynli və Samirə Səlimzadə olduğu peşəkar klubun fəaliyyəti dövründə 4 dəfə açıq turnir baş tutub. Eyni zamanda Azərbaycanda olan 1 və ölkə xaricində olan 2 beynəlxalq turnirdə "Prosport gimnastika" klubunun atletləri parlaq çıxışları yadda qalmışlar.

Əlaqə nömrəsi: +994559221112 







ProSport İdman Klubu