22 dekabr 2025. Bazar ertəsi

Bakıda özünümüdafiə bacarıqlarına dair seminar keçiriləcək


  • Offside
  • 16:47 23.02.2024
  • Oxunma sayı: 168
Bakıda özünümüdafiə bacarıqlarına dair seminar keçiriləcək

90deqiqe.az xəbər verir ki, 25.02.2024-ci il tarixində saat 15:00-da "Gənclik Mal"da özünümüdafiə bacarıqlarına dair seminar keçiriləcək.

İnsan həyatına və sağlamlığına qarşı real təhlükə yaradan, qarət, soyğunçuluq, təcavüz və s. bu kimi hallar baş verdikdə hər bir kəsin "ÖZÜNÜMÜDAFİƏ" bacarıqlarının olması vacibdir.İstənilən şəraitdə üzləşə biləcəyimiz təhlükələrə qarşı "ÖZÜNÜMÜDAFİƏ" bacarıqlarımızdan istifadə etməklə, təhlükədən minimum zərərlə qurtulmaq mümkündür.

Bütün bunları nəzərə alaraq, Beynalxalq Əlbəyaxa Döyüş Federasiyasının Azərbaycanda rəsmi nümayəndəsi olan Azərbaycan Əlbəyəxa Döyüş Liqası Klubu tədbirlər planı hazırlanmışdır və Seminarlar, Kurslar, təlimlər təşkil etməklə insanlarda "ÖZÜNÜMÜDAFİƏ" bacarıqlarının artırılmasında yardımçı olacaq.

Özünümüdafiə bacarıqlarına dair parklarda, məktəblərdə, universitetlərdə və ictimai yerlərdə təşkil etdiyimiz sosial layihələrimiz çərçivəsində növbəti maarifləndirici seminarı "Gənclik Mall" da keçiriləcək. Maarifləndirmə tədbirində özünümüdafiə bacarıqları nümayiş ediləcək.Müşahidə edən hər bir vətəndaş təlimə qoşula və iştirakçı ola biləcək.







Offside