27 iyul 2024. Şənbə

"Avropaya qayıtmaq istədiyimi deyənlərin hamısı yalançıdır!"


  • Offside
  • 16:03 24.02.2024
  • Oxunma sayı: 108
"Avropaya qayıtmaq istədiyimi deyənlərin hamısı yalançıdır!"

"Əl İttihad"ın hücumçusu Kərim Benzema baş məşqçi Marselo Qalardo ilə ziddiyyətli münasibətlərinin olması və hazırkı komandasını tərk etmək istəməsi ilə bağlı yayılan xəbərlərə cavab verib.

90deqiqe.Az-ın məlumatına görə, 36 yaşlı forvard komanda da xoşbəxt olduğunu və ayrılmaq niyyətində olmadığını bildirib.

“Məşqə qayıtdım və indi özümü daha yaxşı hiss edirəm. Mənim getmə hekayəm doğru deyil. Səudiyyə Ərəbistanında xoşbəxtəm. Mənim Qalardo ilə heç bir problemim yoxdur. Avropaya qayıtmaq istədiyimi deyənlərin hamısı yalançıdır! "Əl-İttihad"da çox xoşbəxtəm. Mənim heç kimlə problemim yoxdur”, – Goal.com Benzemadan sitat gətirir.

Yada salaq ki, bütün yanvar ayı ərzində Avropada transfer pəncərəsi açılanda Benzemanın Avropa klublarından birinə keçmək variantlarını nəzərdən keçirməsi ilə bağlı xəbərlər yayılmışdı.

Yanvarın ortalarında Qallardo fransalı futbolçunu komandanın təlim-məşq toplanışına getdiyi klub bazasına vaxtında gəlmədiyi üçün cəzalandırıb.







Offside