27 iyul 2024. Şənbə

Su İdman Sarayında triatlon yarışı keçirilib


  • Offside
  • 23:59 25.02.2024
  • Oxunma sayı: 81
Su İdman Sarayında triatlon yarışı keçirilib

Azərbaycan Triatlon Federasiyası (ATF) və Triterra Baku triatlon klubunun təşkilatçılığı ilə Su İdman Sarayında “İronwind Qış Aquatlon” yarışı keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, ilk olaraq aşağı yaş qrupları güclərini sınayıblar. Turnirin davamında 18 yaşdan yuxarı iştirakçılar 1 500 m üzüb, 10 km qaçıblar.

Yarışda 24-ü uşaq olmaqla, ümumilikdə 70 idmançı iştirak edib.

Mükafatları qaliblərə Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə, baş katibi Seymur Hüseynov, Triterra Baku triatlon klubunun təsisçisi və federasiyanın vitse-prezidenti Rüfət Həsənov, klubun baş məşqçisi Aleksandr Mordasov və Su idman Sarayının direktoru Zaur Yaqubov təqdim ediblər.

Qaliblərə medallar və sertifikatlar verilib.

Mütləq kateqoriyasının qalibləri:

Qadınlar: 1. Yulyana Bataşova, 2. Milanə Xəlilova, 3. Fatimə Alkərəmova.

Kişilər: 1. Roman Qlavatski, 2. Elçin Bəkirov, 3. Vitaliy Yakovlev.







Offside