- Offside
- 20:53 14.03.2025
Azərbaycan millisinin forvardı Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" İsveç kubokunda növbəti görüşünü keçirib.
90deqiqe.az xəbər verir ki, Musanın komandası "Nordik"in qonağı olub. Matç "Yurqorden"in 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qurbanlı 72-ci dəqiqədə meydana çıxıb. "Yurqorden" qrupda 2 turdan sonra 6 xalla liderdir.