8 sentyabr 2024. Bazar günü

Azərbaycan fiqurlu konkisürəni İtaliyada 2-ci olub


  • Offside
  • 09:50 26.02.2024
  • Oxunma sayı: 106
Azərbaycan fiqurlu konkisürəni İtaliyada 2-ci olub

Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev İtaliyada keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub.

90deqiqe.az xəbər verir ki, təmsilçimiz Merano şəhərində təşkil olunan Martin Barriçellinin xatirəsinə həsr edilən yarışda uğurla çıxış edib.

O, iki proqramın cəmində 228,57 xal toplayıb. Vladimir qısa proqramda 3-cü, sərbəst çıxışda 2-ci yeri tutub. İdmançımız yarışın qalibi olan italiyalı Nikolay Memoladan 27,67 xal geri qalıb.

Qeyd edək ki, kişilərin yarışında 10 idmançı çıxışını başa vurub.







Offside

ÇL: "Birbaşa Bakı" 1/4 finalda
  • Offside
  • 16:45 07.09.2024
ÇL: "Birbaşa Bakı" 1/4 finalda