- Offside
- 13:25 24.11.2024
Şirvan şəhərində 16 yaşadək voleybolçu oğlanlar arasında Azərbaycan birinciliyinə start verilib.
Turnirin açılış mərasimində əvvəlcə vətən uğrundan canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca isə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbir yekunlaşdıqdan sonra isə ölkə birinciliyinə start verilib. Çempionatın formatına əsasən iştirakçı komandalar iki qrupa bölünüb. A qrupunda “Murov Az Terminal-2”, “Tovuz”, “Hacıqabul”, “Sumqayıt” və “Oğuz”, B qrupunda isə “Murov Az Terminal-1”, “Gəncə”, “Azərreyl”, Milli Aviasiya Akademiyası” və “Xarı Bülbül Şuşa” kollektivləri mübarizə aparacaqlar. Oyunlar dairəvi sistemlə keçirilir. Qruplarda ilk iki yerin sahibləri pley-offa vəsiqə qazanacaqlar. Daha sonra isə yarımfinal və üçüncülük uğrunda qarşılaşmalar baş tutacaq.
Qeyd edək ki, turnirin ilk görüşündə “Hacıqabul” komandası “Murov Az Terminal-2”i ilə üz-üzə gəlib. Ümumi hesabla 2-1 qalib gələn bölgə təmsilçisi doğma azarkeşlərini sevindirib. Sonda isə xatirə şəkli çəkdirilib.