- Offside
- 13:25 24.11.2024
UFC yüngül çəki divizionunun yeni çempionu, gürcü əsilli ispaniyalı qarışıq döyüş sənətçisi İlia Topuria, promoşonun keçmiş yüngül çəkidə çempionu Həbib Nurməhəmmədovla döyüşdə qalib gələ biləcəyinə inanır.
90deqiqe.Az xəbər verir ki, o, Həbiblə döyüşə çıxmağa hazır olduğunu bildirib.
“Mən Həbib Nurməhəmmədovla oktaqona çıxmaqdan məmnun olardım. Onun 29-0 məğlubiyyətsiz rekordu var və mənim üçün, sonra isə tarix üçün cəlbedicidir.
Mənim üçün o, layiqli və şərəfli çempiondur. Mən onu 100% məğlub edərdim”, - deyə Topuriya gürcü teleaparıcı Noe Sulaberidzeyə müsahibəsində bildirib.
Xatırladaq ki, Moskva vaxtı ilə fevralın 17-dən 18-nə keçən gecə UFC 298 turnirində baş tutan sonuncu döyüşdə İlya Avstraliya təmsilçisi Aleksandr Volkanovski ilə qarşılaşıb. Döyüş Topuriyanın ikinci raundda nokautla qalib gəlməsi ilə başa çatıb. Bu uğur sayəsində o, yüngül çəki dərəcəsində çempion olub.