24 oktyabr 2024. Cümə axşamı

Ronaldo etdiyi hərəkətə görə cəza ala bilər


  • Offside
  • 11:03 27.02.2024
  • Oxunma sayı: 119
Ronaldo etdiyi hərəkətə görə cəza ala bilər

"Əl Nəsr"in portuqaliyalı forvardı Kriştiano Ronaldo cəza ala bilər.

90deqiqe.Az xəbər verir ki, buna səbəb nazar günü Səudiyyə Ərəbistanı Liqasının "Əl Şabab"la oyununda ulduz hücumçunun nalayiq jest etməsidir.

Ronaldo tribunalardan Lionel Messi ilə bağlı hayqırtılara belə cavab verib.

“Al Riyadhiah”ın məlumatına görə, nizam-intizam komitəsi 39 yaşlı Ronaldonu iki oyunluq diskvalifikasiya etmək niyyətindədir.

Bundan əlavə, portuqaliyalı idmançıya yaraşmayan hərəkətə görə cərimə də almalıdır.

Xatırladaq ki, “Əl-Nasr” “Əl-Şəbab”ı 3:2 hesabı ilə məğlub edib. Qollardan birini Ronaldo vurdu - hücumçu penaltini qola çevirdi. Kriştiano Ronaldonun "Əl-Nassr"la hazırkı müqaviləsi 2024/2025 mövsümünün sonuna qədərdir.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb