24 oktyabr 2024. Cümə axşamı

Messi Ronaldodan sonra ikinci oldu


  • Offside
  • 20:05 28.02.2024
  • Oxunma sayı: 99
Messi Ronaldodan sonra ikinci oldu

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messinin "Instagram* hesabında abunəçilərin sayı 500 milyona çatıb.

90deqiqqe.Az xəbər verir ki, bu göstəriciyə görə 36 yaşlı futbolçu hazırda 622 milyon istifadəçinin izlədiyi “Əl-Nasr”ın portuqaliyalı hücumçusu Kriştiano Ronaldondan geri qalır.

Sosial şəbəkədə ən populyar ulduzlar siyahısında Messidən sonra müğənni Selena Qomez (429 milyon), model Kayli Cenner (400 milyon) və aktyor Dueyn Conson (396 milyon) gəlir.

Messi 2023-cü ilin iyulundan "İnter Mayami"də çıxış edir. Ötən mövsüm forvard MLS klubunun heyətində bütün turnirlərdə 14 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı komanda ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 35 milyon avrodur.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb