- Offside
- 11:08 05.02.2025
Qadın voleybolçuların Yüksək Liqasında XV tura yekun vurulub.
90deqiqqe.Az xəbər verir ki, bağlanış oyununda "Gəncə" "Murov Az Terminal"ı qəbul edib.
Görüş meydan sahiblərinin gözlənilməz qələbəsi ilə başa çatıb - 3:0.
Bu qələbədən sonra xallarını 21-ə çatdıran "Gəncə" 4-cü pillədə qərarlaşıb. 32 xalı olan "Murov Az Terminal" isə üçüncüdür.
Qeyd edək ki, turnir cədvəlinə 36 xalla "Azərreyl" başçılıq edir.