22 dekabr 2025. Bazar ertəsi

Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib


  • Offside
  • 11:39 29.02.2024
  • Oxunma sayı: 180
Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Federasiyanın mətbuat xidmətindən 90deqiqqe.Az-a verilən məlumata görə, iclasda 2024-cü ilin vahid təqvim planında keçirilməsi nəzərdə tutulan yarışların təşkili müzakirə olunub.

Həmçinin struktur qurumların - federasiyaların fəaliyyətinin yüksəldilməsi, vahid diplom, sertifikat layihələrinin təsdiqi, dan kəmər, dərəcə imtahanlarının tələb olunan qaydalarda keçirilməsi, məşqçi-müəllim heyətinin sertifikatlaşdırılmasının davam etdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sonda müzakirələrin nəticəsinə uyğun müvafiq qərarlar qəbul edilib.







Offside