22 dekabr 2025. Bazar ertəsi

Klublararası dünya çempionatının yeni formatı bəlli oldu


  • Offside
  • 14:35 29.02.2024
  • Oxunma sayı: 175
Klublararası dünya çempionatının yeni formatı bəlli oldu

2025-ci ildə keçiriləcək FIFA Klublararası Dünya Çempionatının yenilənmiş formatı məlum olub.

90deqiqqe.Az xəbər verir ki, hər birində dörd komanda olmaqla səkkiz qrupa bölünəcək turnirdə yeddi yox, 32 komanda iştirak edəcək. Hər klub qrup mərhələsində hər rəqibə qarşı üç oyun keçirəcək.

Hər qrupdan ilk iki yeri tutan komandalar turnirin 1/8 finalına yüksələcək. Bu mərhələdən yarışın finalına qədər dünya və Avropa çempionatlarına bənzər yalnız bir oyun keçiriləcək. Qeyd olunur ki, yarımfinalda uduzan komandalar arasında üçüncü yer uğrunda oyun keçirilməyəcək.

Bundan əvvəl məlum olmuşdu ki, 2025-ci ildə klublararası dünya çempionatı Amerika Birləşmiş Ştatlarının stadionlarında keçiriləcək. Turnir iyunun 15-də başlayacaq və təxminən bir ay - 2025-ci il iyulun 13-dək davam edəcək.







Offside