- Offside
- 13:25 24.11.2024
Martın 8-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində rusiyalı Maqomed Kurbanov (25-0, 13 KO) və özbək İsrail Madrimov (9-0-1, 6 KO) arasında vakant olan yeniyetmə orta çəkidə WBA (69,9 kq-a qədər) titulu uğrunda döyüş baş tutmayacaq.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Rafael "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O Madrimovun çıxışına cavabdeh olan Britaniya Boks Şurası tərəfindən aparılan tibbi müayinə ilə bağlı problemlərə görə geri çəkildiyini bildirib.
Xatırladaq ki, Ümumdünya Boks Assosiasiyası (WBA) amerikalı Cermel Çarlonu dünya çempionu titulundan məhrum etdikdən sonra titul boş qalmışdı.