27 iyul 2024. Şənbə

"Liverpul" Klopp haqqında filmə görə 10 milyon qazana bilər


  • Offside
  • 20:15 03.03.2024
  • Oxunma sayı: 93
"Liverpul" Klopp haqqında filmə görə 10 milyon qazana bilər

"Liverpul" baş məşqçisi Yurgen Kloppun vida mövsümündən bəhs edən sənədli filmdən 10 milyon funt-sterlinqdən çox qazana bilər.

90deqiqe.Az-ın məlumatına görə, Mersisayd təmsilçisi Disney+, Netflix və digər yayın xidmətlərinin serialı göstərmək hüququ uğrunda yarışacağını gözləyirlər.

Cari mövsüm istehsalçıları Lorton Entertainment uğurlu vəziyyətdədirlər, çünki dekabrda çəkilişlərə başlayanda Kloppun ayrılacağını bilmirdilər. London istehsal şirkətinin ilkin təklifi Amazonun "Tottenhem" və "Arsenal" haqqında oxşar seriallar hazırlayan All or Nothing komandasının təklifindən xeyli aşağı idi. Lakin Klopp Amazona istədikləri girişi vermək istəmədi, buna görə də hüquqlar rəqiblərə satıldı.

İndi Kloppun gedişi məlum olanda mersisaydlılar daha böyük mükafata arxalana bilərlər.







Offside