24 oktyabr 2024. Cümə axşamı

Rafael Nadaldan karyerası ilə bağlı AÇIQLAMA


  • Offside
  • 22:56 03.03.2024
  • Oxunma sayı: 95
Rafael Nadaldan karyerası ilə bağlı AÇIQLAMA

"Böyük Dəbilqə"nin 22 qat çempionu, keçmiş dünya bir nömrəsi, ispaniyalı Rafael Nadal karyerasını bitirməsi ilə bağlı açıqlama verib.

90deqiqe.Az  xəbər verir ki, tennisçi hazırda buna son qoymaq barədə düşünmədiyini bildirib.

“Əgər vidalaşmağı xəyal etməyə başlasanız, o, yaxınlaşmağa başlayacaq. Mən yaxşı bir notla bitirmək, fit olmaq və oyundan həzz almaq istəyirəm. Bunun nə dərəcədə real olduğunu zaman göstərəcək. Bəli, indi hər şey çətindir, amma mən özümə tennisdən bir az da həzz almaq imkanı verəcəyəm”, - Nadal İndian Uells turniri öncəsi deyib.

Xatırladaq ki, 37 yaşlı Rafael sonuncu dəfə yanvarda Brisbendə keçirilən turnirdə korta çıxıb. Bundan sonra o, yaralanıb. Indian Wellsdəki turnir uzun fasilədən sonra tennisçi üçün ilk olacaq.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb