25 noyabr 2024. Bazar ertəsi

Runi özünə yeni iş tapdı


  • Offside
  • 16:37 04.03.2024
  • Oxunma sayı: 108
Runi özünə yeni iş tapdı

“Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runinin yeni iş yeri bəlli olub.

90deqiqe.Az  "The Sun"a istinadən xəbər verir ki,  38 yaşlı keçmiş oyunçu bundan sonra TNT Sports telekanalında futbol eksperti olaraq çalışacaq.

Bildirək ki, Runi daha əvvəl Birmingem klubunun baş məşqçisi vəzifəsindən qovulmuşdu.

Qeyd olunur ki, Runi bundan əvvəl BBC-də çıxış edib və orada İngiltərə kubokunun 1/8 finalında “Mançester Yunayted”in “Nottingem Forest” üzərində qələbəsinin (1:0) təhlilində iştirak edib.

Xatırladaq ki, Runi 2023-cü ilin oktyabrından 2024-cü ilin yanvarına kimi Çempionşipdə çıxış edən Birmingem klubuna rəhbərlik edib. İngilis daha əvvəl DC United və Derby County-də çalışıb.







Offside