- Offside
- 11:08 05.02.2025
Federasiya rəhbərliyi qadın yığmanın üzvlərini təbrik edib
90deqiqe.az xəbər verir ki, bu gün Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov qadınlardan ibarət yığma komandanın düşərgəsinə baş çəkib və onları 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Qızlarımızın hər birinə gül və hədiyyə təqdim edən Umudov onlara xoşbəxtlik, bol sevinc və uğurlar, idmanda və şəxsi həyatlarında çoxlu qələbələr arzulayıb.