- Offside
- 23:34 21.12.2025
"Neftçi" və "Xəzri" klubları kubokun yarımfinalında
90deqiqe.az xəbər verir ki, bu gün "Sərhədçi" İdman Mərkəzində, basketbol üzrə Azərbaycan Kubokunun "A" qrupunda növbəti iki oyun keçirilib.
Günün ilk oyunu "Neftçi" və "Cəlilabad" komandaları arasında baş tutub. Bu oyun "Neftçi" klubunun 82-71 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə ilə "Neftçi" qrupdan çıxmağı təmin edib.
Günün ikinci oyununda qrupun lideri "Xəzri", "Xırdalan" ilə qarşılaşıb. Oyunu 75-64 hesabı ilə qalib tamamlayan "Xəzri", kubokun yarımfinalına vəsiqəni təmin edib.