22 dekabr 2025. Bazar ertəsi

Ronaldo: "Səudiyyə Ərəbistanında olduğum üçün xoşbəxtəm"


  • Offside
  • 17:49 10.03.2024
  • Oxunma sayı: 150
Ronaldo: "Səudiyyə Ərəbistanında olduğum üçün xoşbəxtəm"

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı superulduz Səudiyyə Ərəbistanında qalmağı müsbət qiymətləndirir.

"Səudiyyə Ərəbistanında olmaqdan xoşbəxtəm, tamamilə xoşbəxtəm. “Əl-Nəsr”i təmsil etdiyim üçün xoşbəxtəm və mənim üçün mövsümümüz müsbətdir, çünki indiyə qədər bütün turnirlərdə şanslarımız olub."

Xatırladaq ki, Kriştiano Ronaldo 2023-cü ilin əvvəlindən “Əl-Nəsr”də çıxış edir. Portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir. Ronaldonun transfer dəyəri 15 milyon avro olaraq qiymətləndirilir.Bu mövsüm Kriştiano bütün turnirlərdə 31 matçda iştirak edib, 28 qol vurub və 11 məhsuldar ötürmə edib.







Offside