- Offside
- 13:25 24.11.2024
Braziliya millisinin sabiq müdafiəçisi Daniel Alveşin qardaşı Ney Alveş futbolçunun ölümü ilə bağlı yayılan xəbərləri təkzib edib.
90deqiqe.Az xəbər verir ki, o, qardaşının yaşadığını və yayılan məlumatların doğru olmadığını bildirib.
"Siz artıq ona hökm çıxarmısınız, o, həbsdədir... İndi onu ölü görmək istəyirsiniz? Atamın 70-dən, anamın 60-dan yuxarıdır.Sizin ailəniz var? İndi media bu şayiələri yaymaqda davam edir. Allah siz üçün dəyərli olan canlarınıza rəhmət eləsin."