- Offside
- 13:25 24.11.2024
Azərbaycanın sərbəst güləşçisi Ağanəzər Novruzov Rusiyanın Yakutsk şəhərində keçirilən gənclər arasında Roman Dmitriyev memorialında bürünc medal qazanıb.
90deqiqe.Az xəbər verir ki, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı beynəlxalq turnirin yarımfinalında məğlub olsa da, üçüncü yer uğrunda görüşdə yerli güləşçi Andrey Rumyantsevə qalib gəlib.
Gənclərdən ibarət millinin məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında çıxış edən digər güləşçilər Ayxan Abdullazadə (65 kq) və İsmayıl Rəhimli (70 kq) isə mükafatçılar sırasına düşə bilməyiblər.