- Offside
- 13:25 24.11.2024
İtaliyada təşkil edilən boks üzrə lisenziya turnirinin 1/8 final mərhələsi idmançılarımız üçün uğurlu keçib. Təmsilçilərimizdən üçü bu etapda mübarizə aoarıb. 51 kq çəki dərəcəsində yarışan Nicat Hüseynov ermənistanlı Rudolf Qaboyanla qarşılaşıb.
90deqiqe.az xəbər verir ki, ötən il 22 yaşlıların Avropa çempionatının finalında rəqibinə qalib gələrək qitə birincisi olan təmsilçimiz bu dəfə də güclü olduğunu sübut edib. 5:0 qalib gələn Nicat 1/4 finala yüksəlməyi bacarıb.
Digər dəri əlcək ustamız Sərxan Əliyev də eyni uğuru təkrarlayıb. Qurgen Madoyanla üz-üzə gələn təmsilçimiz 3:2 üstün olmağı bacarıb. Hər iki boksçumuz adlarını ən güclü 8 boksçu sırasına yazdırıblar.
Dünən mübarizə aparan idmançılarımızdan 57 kq-da çıxış edən Ümid Rüstəmov məğlub olub. Qeyd edək ki, təmsilçilərimiz yarımfinala yüksələcəkləri təqdirdə olimpiadaya lisenziyanı təmin edəcəklər.