27 iyul 2024. Şənbə

Azərbaycan çempionatında növbəti turun oyunları bəlli olub


  • Offside
  • 11:41 11.03.2024
  • Oxunma sayı: 83
Azərbaycan çempionatında növbəti turun oyunları bəlli olub

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb.

90deqiqe.az xəbər verir ki, Yüksək Liqada XVII turun qarşılaşmaları martın 12-də və 13-də baş tutacaq.

Martın 12-də GİN-in Voleybol Mərkəzində ilk olaraq “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər. Bu görüş saat 15:00-da start götürəcək. Ardınca “Azərreyl” və “Gəncə” matçı təşkil olunacaq. Oyunun start fiti saat 18:00-da veriləcək və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Tura martın 13-də UNEC - “Abşeron” matçı ilə yekun vurulacaq. Qarşılaşma UNEC-in idman zalında təşkil olunacaq.

Yüksək Liqa
12 mart
15:00. “Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal”

GİN-nin Voleybol Mərkəzi

18:00. “Azərreyl” - “Gəncə”(CBC Sport- canlı)
GİN-nin Voleybol Mərkəzi

13 mart
18:00. UNEC - “Abşeron”

UNEC-in idman zalı







Offside