25 noyabr 2024. Bazar ertəsi

Millimizin “Böyük dəbilqə” üçün heyəti: Tbilisiyə 16 cüdoçu gedəcək


  • Offside
  • 17:21 11.03.2024
  • Oxunma sayı: 142
Millimizin “Böyük dəbilqə” üçün heyəti: Tbilisiyə 16 cüdoçu gedəcək

Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.

90deqiqe.az xəbər verir ki, yığmamız yarışa 16 cüdoçu ilə yollanacaq.

Kişilərin mübarizəsində 11 idmançımız yarışacaq. Bunlar Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq), İbrahim Əliyev (73 kq), Məhərrəm İmamverdiyev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq), Uşanqi Kokauri və Camal Həmzətxanovdur (hər ikisi +100 kq).

Turnirdə 5 qadın cüdoçumuz da qüvvəsini sınayacaq. Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Açelya Toprak və Fidan Əlizadə (hər ikisi 57 kq) Tbilisi tatamisinə çıxacaq.

Qeyd edək ki, martın 22-24-də keçiriləcək yarışda 75 ölkədən 427 idmançının iştirakı gözlənilir.







Offside