24 oktyabr 2024. Cümə axşamı

Konor Makqreqor döyüşlərə qayıtmaq istəyir


  • Offside
  • 17:36 12.03.2024
  • Oxunma sayı: 89
Konor Makqreqor döyüşlərə qayıtmaq istəyir

Məşhur irlandiyalı UFC döyüşçüsü Konor Makqreqor 2024-cü il ərzindəki hədəfi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, o, bu il  iki döyüş keçirmək istəyini bildirib.

“İlin sonuna qədər bir neçə döyüş keçirmək istəyirəm. İlin sonuna qədər iki döyüş keçirmək istərdim.

Mənim səkkizbucaqlıdakı oyunum hələ bitməyib”

Xatırladaq ki, Konor Makqreqor 2021-ci ilin yayından, Dastin Puaye ilə üçüncü döyüşündə ayağı sınıb, döyüşməyib.

Konor Makqreqorun oktaqona qayıtması iyunun 29-da Las-Veqasda keçirilən Beynəlxalq Döyüş Həftəsində planlaşdırılır. Onun rəqibi Maykl Çandler olacaq, döyüş orta çəkidə baş tutacaq.

6 oktyabr 2018-ci ildə UFC 229-da Makqreqor, hazırkı yüngül çəki çempionu Həbib Nurməhəmmədova arxadan boğulma ilə məğlub oldu. Bu döyüşdən əldə edilən gəlir 86,4 milyon dollar təşkil edib ki, bu da hələ də rekord olaraq qalır.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb