24 oktyabr 2024. Cümə axşamı

Boksçularımız ötən olimpiyadalarda nə ilə yadda qalıblar?


  • Offside
  • 10:18 13.03.2024
  • Oxunma sayı: 97
Boksçularımız ötən olimpiyadalarda nə ilə yadda qalıblar?

Artıq Parisdə keçiriləcək Yay Olimpiya oyunlarına 150 ay qalıb. Müxtəlif idman növlərində olduğu kimi boksçularımıza da, bu mötəbər turnirdə ümidlər böyükdür.

90deqiqe.az Azərbaycan müstəqil ölkə kimi olimpiya oyunlarında ilk dəfə 1996-ci ildə iştirak edib. Atlantada təşkil olunan mötəbər tunirdə boks üzrə yarışlarda ölkəmizi 2 dəri əlcək sahibi təmsil etmişdi. Onlardan İlham Kərimov 1/16 finalda, Ədalət Məmmədov isə 1/4 finalda mübarizəni dayandırdı. Daha sonrakı olimpiyadalar isə boksçularımız üçün daha uğurlu alındı. Belə ki, 2000-ci ildən etibarən keçirilən bütün olimpiyadalarda bu idman növü üzrə çıxış edən təmsilçilərimiz ən azından 1 medalla yadda qalmağı bacardılar. 2000-ci il Sidney Olimpiadasında 75 kq-da Vüqar Ələkbərov bürünc medal qazandı. Afina-2004-də isə Ağası Məmmədov və Fuad Aslanov fəxri kürsünün 3-cü pilləsinə qalxdılar. 2008-ci ildə Çinin paytaxtı Pekində təşkil olunan 4 illiyin ən mötəbər turnirində bu dəfə Şahin İmranov üçüncülük əldə etdi. London Olimpiya oyunlarında isə boksçularımız 2 mükafat əldə etdilər. Belə ki, 91 kq-da yarışan Teymur Məmmədov və 91 kq-dan daha yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov bürünc medalla vətənə geri döndülər. Azərbaycan boksu üçün isə ən uğurlu olimpiyada kimi Braziliyada keçirilən Rio-2016-nı fərqləndirmək olar. Bu turnirdə 65 kq-da döyüşən Lorenzo Sotomayor gümüş medal qazanaraq ölkəmizin iştirakçısı olduğu bütün olimpiadalarda dəri əlcək sahiblərimizin qazandığı ən yüksək meyarlı mükafatın sahibi oldu. Sotomayorla yanaşı 75 kq-da döyüşən Kamran Şahsuvarlı bürünc medal əldə etdi. Son olaraq Tokiyodakı 4 illiyin mötəbər turnirində isə Alfonso Dominqes fəxri kürsünün 3-cü pilləsinə qalxdı. Paris-2024-ə hələlik 3 boksçumuz lisenziya əldə etməyi bacarıb. Murad Allahverdiyev, Məhəmməd Abdullayev və Nicat Hüseynov turnirdə ölkəmizi təmsil edəcəklər. Qarşıda isə yeni lisenziyalar əldə etmək üçün yarışlar olacaq. Ümid edirik ki, boksçularımız bu yarışlarda Paris-2024-ə yeni vəsiqələr qazanacaq və nəhayət, dəri əlcək sahiblərimiz bu idman növündə bayrağımızı ən yüksəkdə dalğalandırmağa müvəffəq olacaqlar.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb