18 aprel 2024. Cümə axşamı

Azərbaycan güləşçiləri Qazaxıstanda keçirilən turnirdə 10 medal qazanıblar


  • Offside
  • 17:39 13.03.2024
  • Oxunma sayı: 53
Azərbaycan güləşçiləri Qazaxıstanda keçirilən turnirdə 10 medal qazanıblar

Azərbaycanın gənc yunan-Roma güləşçiləri Qazaxıstanın paytaxtı Astanada keçirilən Jaksılık Uşkempirov turnirində iştirak ediblər.

90deqiqe.Az-ın Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, 10 ölkənin təmsil olunduğu yarışda böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında iştirak edən U-20 millisinin 10 üzvü fəxri kürsüyə qalxıb.

Fəraim Mustafayev (67 kq), Ruslan Nurullayev (72 kq) və Davud Məmmədov (77 kq) çempion olublar. İsmayıl Rzayevlə (82 kq), Əli Quliyev (87 kq) gümüş, Hüseyn Savadov (55 kq), Məhəmməd Şükürzadə (63 kq), Təvəkgül Həziyev (67 kq), Kənan Abdullazadə (77 kq) və Cocu Səmədov (87 kq) isə bürünc medal əldə ediblər.

Beləliklə, komandamız turniri 3 qızıl, 2 gümüş, 5 bürünc medal olmaqla ümumilikdə 10 medalla başa vurub.







Offside

Növbəti finalçı məlum olur
  • Offside
  • 10:22 18.04.2024
Növbəti finalçı məlum olur