21 dekabr 2025. Bazar günü

Alkaras bunu bacaran ikinci tennisçi oldu


  • Offside
  • 23:36 13.03.2024
  • Oxunma sayı: 164
Alkaras bunu bacaran ikinci tennisçi oldu

İkiqat Böyük Dəbilqə çempionu və dünyanın ikinci nömrəsi, ispan tennisçi Karlos Alkaras ATP tarixində 1990-cı ildə format tətbiq olunduğundan bu yana Masters turnirlərində 21 yaşa qədər əlli matçda qalib gələn ikinci oyunçu olub.

90deqiqe.Az xəbər verir ki, bu göstərici üzrə lider dünyanın keçmiş bir nömrəsi Rafael Nadaldır. (21 yaşı tamam olana qədər Masters-də 82 qələbə)

Bu gün, martın 13-də Indian-Uellsdə (ABŞ) keçirilən Masters seriyalı turnirində 20 yaşlı Karlos Alkaras 1/8 final matçında Macarıstan təmsilçisi Fabian Marozana 6:3, 6:3 hesabı ilə qalib gəlib. Bu, onun 21 yaşında 50-ci Masters qələbəsidir.

Bundan əlavə, Alcaraz Açıq dövrdə ATP təklər reytinqində birinci olan ən gənc tennisçidir (19 yaş, 4 ay və 6 gün).







Offside