27 iyul 2024. Şənbə

Ulduz futbolçu Dubayda həbs edilib


  • Offside
  • 10:42 14.03.2024
  • Oxunma sayı: 97
Ulduz futbolçu Dubayda həbs edilib

Adı kokain alverində hallanan Kvinsi Promes ötən ay Amsterdam məhkəməsi tərəfindən 6 il həbs cəzasına məhkum edilib. Promes Niderland prokurorlarının tələbi ilə Dubayda həbs edilib.

90deqiqe.az xəbər verir ki, Amsterdam Rayon Məhkəməsi Promesin adının 2020-ci ildə yüzlərlə kilo kokainin idxalı və ixracında iştirak etdiyinə qərar verib.

Qərardan sonra düşərgə üçün Birləşmiş Ərəb Əmirliklərinə gedən Promes orada saxlanılaraq sərbəst buraxılsa da, Niderland prokurorlarının tələbi ilə təcrübəli futbolçu Dubayda həbs edilib.

Bu mövsüm Moskvanın "Spartak" klubu ilə liqa və kubokda cəmi 21 matça çıxan Kvinsi Promes 8 qol və 8 məhsuldar ötürmə ilə hesaba töhfə verib.

Promes əvvəllər "Tvente", "Sevilya" və "Ayaks"da çıxış edib.







Offside