27 iyul 2024. Şənbə

Dünya Messidən danışır, 23 dəqiqəyə nələr etdi? - VİDEO


  • Offside
  • 10:49 14.03.2024
  • Oxunma sayı: 102
Dünya Messidən danışır, 23 dəqiqəyə nələr etdi? - VİDEO

KONKAKAF Çempionlar Kubokunda "İnter Mayami" öz meydanında "Neşvill"i 3:1 hesabı ilə məğlub edib. 

90deqiqe.az xəbər verir ki, Lionel Messi 23 dəqiqə ərzində etdiyi hərəkətlərlə komandaya qələbə qazandıran adlardan biri olmaqla yanaşı, Barselonadakı günlərini xatırladıb.

Matçın 8-ci dəqiqəsində Luiz Suaresin vurduğu qola assistentlik edən Messi olub. 23-cü dəqiqədə yenidən səhnəyə çıxan Messi bu dəfə qola imza atıb. Komandasının ilk 2 qolunda birbaşa pay sahibi olan Messi 50-ci dəqiqədə oyunu tərk edib. Lionel Messi bu mövsüm "İnter Mayami"nin heyətində 4 matçda meydana çıxıb və 5 dəfə hesabda iştirak edib.

Argentinalı ulduz bu matçlarda 4 qol vurub, 1 məhsuldar ötürmə edib. Ümumilikdə 360 dəqiqə meydanda olan Messi hər 90 dəqiqədən bir qol vurub.

 

 







Offside