- Offside
- 13:58 25.03.2025
90deqiqe.az xəbər verir ki, Litvanın paytaxtı Vilnüsdəki “Avia Solutions Group Arena”da keçirilən oyuna qara-ağlılar yaxşı başlamayıb və ilk seti 25-15 geridə başa vurub. Komanda hücumda toparlansa da, müdafiədə səhvləri davam etdirən Beşiktaş, fasiləyə 57-39 geridə gedib.
İkinci hissəyə yaxşı başlayan Beşiktaş 23-cü dəqiqədə xal fərqini 5-ə endirib: 58-53. Sonuncu hissəni qara-ağlar 76-68 geridə bitirib. Son dövrəyə yaxşı girən Beşiktaş 33-cü dəqiqədə ardıcıl basketlərlə 82-81 önə keçdi. İlk yarıda 18 xal geridə qalan Beşiktaş qarşılaşmada dönərək üstünlüyünü qorudu və 94-89 qalib gəldi.
Son səkkizlikdə son çempion Qran Kanariyanı ilk olaraq mübarizədən kənarlaşdıran qara-ağlar 1/4 finalda turnirin favoritlərindən olan İsrail təmsilçisini mübarizədən kənarlaşdırıb.
Beşiktaş yarımfinalda Fransa təmsilçisi Mincidelice JL Bourg ilə qarşılaşacaq. Yarımfinal üç oyundan ibarət olacaq. İki qələbə qazanan tərəf finalda adını qeyd edəcək.