27 iyul 2024. Şənbə

FİFA futbolun inkişafına 2,25 milyard dollar sərmayə qoyur

Beynəlxalq Futbol Federasiyası (FİFA) qurumun Şurasında idmanın inkişafına nəzərdə tutulan investisiyaları təsdiqləyib.


  • Offside
  • 23:01 14.03.2024
  • Oxunma sayı: 88
FİFA futbolun inkişafına 2,25 milyard dollar sərmayə qoyur

Beynəlxalq Futbol Federasiyası (FİFA) qurumun Şurasında idmanın inkişafına nəzərdə tutulan investisiyaları təsdiqləyib.

90deqiqe.Az xəbər verir ki, beləliklə, 2023-2026-cı illər üçün FİFA 2,25 milyard dollar ayıracaq. Qurumun rəsmi saytı xəbər verir ki, nəticədə investisiyalar 2016-cı ilə qədər fəaliyyət göstərən proqramlarla müqayisədə yeddi dəfə artacaq.

Bundan əlavə, Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantinonun sözlərinə görə, FIFA 2023-2026-cı illər üçün nəzərdə tutduğu 11 milyard dollarlıq büdcə hədəfini aşmaq yolundadır.

FİFA daha əvvəl 17 yaşadək futbolçular arasında dünya çempionatının 48 komandaya genişləndiriləcəyini və hər il keçiriləcəyini açıqlamışdı. Eyni zamanda, 17 yaşadək qızlar arasında dünya çempionatı 24 komandaya genişləndiriləcək və hər il Mərakeşdə keçiriləcək.







Offside