27 iyul 2024. Şənbə

Neymar yaşıl meydanlara nə vaxt qayıdacaq?


  • Offside
  • 11:17 16.03.2024
  • Oxunma sayı: 88
Neymar yaşıl meydanlara nə vaxt qayıdacaq?

Ulduz braziliyalı Neymarın yaşıl meydanlara qayıtması üçün təxmini müddət məlum olub.

90deqiqe.Az xəbər verir ki, Braziliya millisinin həkimi Rodriqo Lasmar 32 yaşlı "Əl-Hilal"ın hücumçusunun sağalmasından danışıb

“Hələ yolun yarısını da bitirməmişik. Yalnız doqquz-on aylıq fizioterapiya prosedurlarından sonra onun sahəyə qayıtmasını təsdiqləmək mümkün olacaq”

Neymar oktyabrın ortalarında zədələnmişdi. Forvard Braziliya millisi ilə oyunda dizindəki çarpaz bağlarını zədələyib. Bu mövsüm hücumçu bütün turnirlərdə beş oyun keçirib, bir qol və üç məhsuldar ötürmə edib.







Offside