- Offside
- 13:25 24.11.2024
Cinsi zorakılıq ittihamı ilə 4,5 il müddətinə azadlıqdan məhrum edilən “Barselona”nın keçmiş futbolçusu Daniel Alveşin müdafiəsi futbolçunun hökmün qəti olana qədər azadlığa buraxılmasını tələb edib.
90deqiqe.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu məsələ ilə bağlı dinləmə martın 19-da səhər saat 9-da baş tutacaq.
Barselona məhkəməsi də bundan əvvəl Alveşi zərərçəkənə 150 min avro ödəməyə məcbur etmiş və ona 9,5 il müddətində onunla ünsiyyət və yaxınlaşmağı qadağan etmişdi.