- Offside
- 13:25 24.11.2024
Portuqaliya Liqası komandalarından olan "Benfika"da çıxış edən Orkun Kökçünün baş məşqçi Rocer Şmidt haqqında söylədiyi sözlərə görə cəzalandırıla biləcəyi bildirilib.
Orkun Kökçünün Niderland mətbuatına verdiyi müsahibədə "Benfika" və Rocer Şmidt haqda dedikləri klubda müzakirələrə səbəb olub.
“A Bola”da çıxan xəbərdə Orkun Kökçünün dediyi sözlərdən klubun narahat olduğu və buna görə də cəza verə biləcəyi bildirilib.
"Benfika"nın 23 yaşlı oyunçunu cərimələyə biləcəyi qeyd edilsə də, onun Portuqaliya Liqasınfda bu gün keçiriləcək "Kasa Pia" matçı üçün heyətdə olub-olmayacağının dəqiq olmadığı bildirilib.
Rocer Şmidt matç öncəsi verdiyi açıqlamada məsələ ilə bağlı Orkun Kökçü ilə danışacağını bildirib.
Orkun Kökçü açıqlamasında, "Gözlədiyim kimi olmadı. Keçən yay transfer dövründə çox şey oldu. Bunun karyeramı hər sahədə yüksəltmək üçün atacağım ən yaxşı addım olduğunu düşündüm. Amma bu, qismən oldu. ." sözlərini söyləyib.