24 oktyabr 2024. Cümə axşamı

“Yaşıl dünya və idman” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR


  • Offside
  • 19:55 18.03.2024
  • Oxunma sayı: 106
“Yaşıl dünya və idman” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR

Martın 18-də Bədən Tərbiyəsi və İdman Günü münasibətilə "İdman həftəsi" çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilmiş “Yaşıl dünya və idman” rəsm müsabiqəsinin yekunu olaraq qaliblərin mükafatlandırma mərasimi keçirilib.

90deqiqe.az xəbər verir ki, tədbirdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev çıxış edərək gənc rəssamlara müsabiqədə fəal iştiraka görə təşəkkür ediblər. Ardınca müsabiqənin qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, 200-dən çox rəsm əsərinin təqdim edildiyi müsabiqənin nəticələrinə əsasən, xüsusi nominasiyanın qalibləri arasında Yusif Qasımlı birinci olub. Əli Fətəliyev və Pərvanə Hüseynli isə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

6-10 yaş kateqoriyası üzrə Afşin Sadıxzadə birinci olub. Nigar Mahmudəyova yarışı ikinci, Əli Mirzəyev isə üçüncü yerdə pillədə başa vurublar. 11-14 yaş kateqoriyası üzrə Alina Mikayılova birinci yerə layiq görülüb. Nərgiz Həsənli ikinci, Amina Mirzəliyeva üçüncü pillədə qərarlaşıblar. 15-19 yaş kateqoriyası üzrə Eltun Xurşudlu, Arzu Abdulla və Ülvi Məmmədli fərqləniblər. 20 yaşdan yuxarı iştirakçılar arasında Ceyhun Əliyev, Təhmasib Məcidli, Sabrina Bulqakova ilk üçlükdə qərarlaşıblar.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb