- Offside
- 23:59 28.03.2026
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə təlim-məşq toplanışı üçün Çinə yollanıb.
90deqiqe.Az xəbər verir ki, yeniyetmə idmançı baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında Çin millisinin Jenqdinq şəhərindəki təlim-məşq bazasında hazırlıq keçəcək.
Aprelin 1-dək davam edəcək toplanış Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, qitə birinciliyi mayda Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq.