8 sentyabr 2024. Bazar günü

Neymarın atası Alveş üçün 1 milyon avro girov ödəyəcək


  • Offside
  • 18:03 20.03.2024
  • Oxunma sayı: 129
Neymarın atası Alveş üçün 1 milyon avro girov ödəyəcək

"Barselona"nın sabiq müdafiəçisi Daniel Alveş 1 milyon avro girov müqabilində həbsdən azad olunacaq.

90deqiqe.Az xəbər verir ki, braziliyalı bu məbləği ödədikdən sonra həbsxananı tərk edə biləcək. Ancaq problem ondadır ki, onun bank hesablarının əksəriyyətinə həbs qoyulur və ya hətta müxtəlif borclara görə mənfi qalıq var.

Bildirilir ki, Alveş keçmiş “Barselona”dakı komanda yoldaşı və Braziliya millisi Neymarın atasından 1 milyon avro istəmək niyyətindədir. "Əl-Hilal"ın hücumçusu daha əvvəl Alveşə məhkəmə xərcləri ilə bağlı 150 min avro ödəmişdi.

Xatırladaq ki, Alves gecə klubunda qıza təcavüz etməkdə təqsirli bilinib. O, 4,5 il müddətinə azadlıqdan məhrum edilib, daha 5 il sınaq müddəti təyin edilib.







Offside

ÇL: "Birbaşa Bakı" 1/4 finalda
  • Offside
  • 16:45 07.09.2024
ÇL: "Birbaşa Bakı" 1/4 finalda