17 aprel 2024. Çərşənbə

Fərid Fərhadzadə Madriddə Dünya Triatlonu təşkilatının prezidenti ilə görüşdü


  • Offside
  • 17:40 21.03.2024
  • Oxunma sayı: 45
Fərid Fərhadzadə Madriddə Dünya Triatlonu təşkilatının prezidenti ilə görüşdü

Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə Madriddə Dünya Triatlonu təşkilatının prezidenti Marisol Casado və baş katibi Antonio Arimany ilə görüşüb.

Federasiyanın mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, görüşdə Azərbaycanda triatlonun inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Beynəlxalq qurumun bu il ölkəmizdə triatlon məşqçiləri üçün seminar keçirməsi ilə bağlı razılıq əldə olunub.

Müzakirələrin əsas mövzusu 2025-ci ildə triatlon üzrə Dünya kubokunun Bakıda təşkil edilməsi olub.







Offside