7 fevral 2026. Şənbə

Azərbaycan atıcısı Almaniyada qızıl medal qazanıb


  • Offside
  • 17:17 22.03.2024
  • Oxunma sayı: 194
Azərbaycan atıcısı Almaniyada qızıl medal qazanıb

Azərbaycan atıcısı Zeynəb Sultanova Almaniyanın Dortmund şəhərində keçirilən "ISAS-2024" beynəlxalq turnirində qızıl medal qazanıb.

Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, o, 25 metr məsafəyə  kiçik çaplı tapançadan sürətli atəşaçma yarışında  fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 







Offside