- Offside
- 13:25 24.11.2024
Azərbaycanın daha bir cüdoçusu Ruslan Paşayev (66kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirinin bürünc medalını qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, Ruslan üçüncü yer uğrunda mübarizədə italiyalı idmançı Matteo Pirası məğlub edib.
***
Azərbaycanın cüdoçusu Balabəy Ağayev (60 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirinin bürünc medalını qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı idmançı üçüncü yer uğrunda görüşdə gürcüstanlı Giorgi Sardalaşvilini məğlub edib.
Qeyd edək ki, Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) də bu gün bürünc medal uğrunda görüşə çıxacaqlar.