24 oktyabr 2024. Cümə axşamı

Azərbaycanın qadın basketbolçuları beynəlxalq turnirdə yarımfinala yüksəliblər


  • Offside
  • 22:52 23.03.2024
  • Oxunma sayı: 83
Azərbaycanın qadın basketbolçuları beynəlxalq turnirdə yarımfinala yüksəliblər

Qadınlardan ibarət 3x3 Azərbaycan basketbol millisinin oyunçularının təmsil olunduğu “Bakı” klubu Fransada keçirilən klublararası beynəlxalq turnirin yarımfinalına yüksəlib.

90deqiqe.Az xəbər verir ki, Tuluza şəhərində təşkil olunan turnirdə "Bakı" adı ilə iştirak edən komandamız A qrupunda "Çartage"yə (Tunis) 16:15, "Nairobi Kiyati"yə (Kenya) isə 17:12 hesabı ilə qalib gələrək yarımfinala çıxıb.

Qeyd edək ki, Dina Ulyanova, Aleksandra Mollenhauer, Mersedes Volker və Tatyana Deniskinadan ibarət milli oyunçularımızın iştirak etdiyi turnirin əsas məqsədi Paris Olimpiadasına vəsiqə verən təsnifat oyunlarına daha yaxşı hazırlaşmaqdır.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb