27 iyul 2024. Şənbə

Aquero futbolçu karyerasını davam etdirmək istəyir


  • Offside
  • 17:18 24.03.2024
  • Oxunma sayı: 72
Aquero futbolçu karyerasını davam etdirmək istəyir

"Mançester Siti" və "Barselona"nın sabiq hücumçusu Serxio Aquero karyerasını bərpa etmək istədiyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, 35 yaşlı sabiq futbolçu yenidən yaşıl meydanlara qayıtmaq üçün həvəs və niyyəti olduğunu bildirib.

"İki gün əvvəl yenidən müayinədən keçdim, hər şey qaydasında idi. İndi başqa yoldaşlıq turnirləri üçün Madridə, Meksikaya və ABŞ-a gedirəm. Orada özümü necə hiss etdiyimi görəcəyəm və məşq etməyə davam edəcəm.

Oyuna qayıtmaq üçün həvəsim və niyyətim var. Mən insanları narahat etmək istəmirəm. Əvvəlcə yaxşılaşmalı və ürəyimdə ağır olsa da, bəzi turnirlərdə oynamalıyam. Sonra qərar verəcəm. Arzu həmişə var."

Argentina millisinin sabiq üzvü 2021-ci ildən yalnız sərgi matçlarında iştirak edir.

 







Offside