22 dekabr 2025. Bazar ertəsi

"Onlar heç vaxt dost olmayıblar" - Uayt


  • Offside
  • 14:48 25.03.2024
  • Oxunma sayı: 165
"Onlar heç vaxt dost olmayıblar" - Uayt

UFC-nin prezidenti Dana Uayt rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor ilə bağlı maraqlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, o bəzi azarkeşlərin fikrinə baxmayaraq, adıçəkilən döyüşçülər arasında heç vaxt dostluq olmadığını bildirib.

“Onların yüksəlişi eyni vaxtda baş verdi. Bəzi fanatlar dost olduqlarını deyirlər. Amma onlar heç vaxt dost olmayıblar. Bu, daha çox qarşılıqlı hörmətə oxşayırdı. Bu adamlar qatildir. Hər ikisi ən yaxşı olmaq istəyir. Hər ikisi qalib gəlmək istəyir, hər ikisi hər kəslə döyüşməyə hazırdır və birinci olmaq üçün hər şeyi edir. Oğlanlar arasında belə dostluq olmayacaq”

 







Offside